AZ

Kobaxidze bu ittihamları rədd etdi

 

Gürcüstan hökumətinə qarşı rusiyayönlü əhval-ruhiyyə və addımlarda ittihamlar antigürcüstan təbliğatının tərkib hissəsidir.

Sitat.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Hökumətimizi rusiyapərəst adlandırmağın bircə səbəbi var – biz kənardan verilən göstərişlərlə hərəkət etmirik, hakimiyyətin bütün qollarını casuslardan təmizləmişik, suverenliyimizi qoruyuruq, LGBT icmasının təbliğatına yol vermirik və müharibədə iştirak etmirik”, - o bildirib.

Kobaxidze qeyd edib ki, indiyədək heç kim Gürcüstan hakimiyyətinin rusiyapərəst kursu ilə bağlı hər hansı sübut təqdim edə bilməyib.

 

Seçilən
0
31
sitat.info

10Mənbələr