AZ

“Ermənistan bu məsələdə maraqlıdır”

“Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır”.

Sitat.info xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan nəqliyyat kommunikasiyalarının, o cümlədən Ermənistandan Ermənistana Azərbaycan ərazisi ilə, həmçinin Azərbaycandan Ermənistan ərazisi ilə Azərbaycana, ikitərəfli ticarət, Ermənistandan Azərbaycan ərazisindən keçməklə üçüncü ölkələrə beynəlxalq əlaqə, Azərbaycandan Ermənistan ərazisindən üçüncü ölkələrə və tranzit mübadiləsində maraqlıdır. Biz bütün bu prosesləri Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində təqdim edirik”, - deyə, Paşinyan əlavə edib.

Seçilən
40
31
sitat.info

10Mənbələr