AZ

Bu şəxslərə müntəzəm olaraq balıq yemək tövsiyə olunur

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dietoloq və qastroenteroloq Olqa Şestakova bildirir ki, işgüzar və çox işləyən insanlar beyin funksiyasını dəstəkləmək üçün pəhrizlərinə xüsusi diqqət yetirməlidirlər.

Redaktor.az xəbər verir ki, həkim news.ru-ya müsahibəsində belə şəxslərə müntəzəm olaraq müəyyən məhsulları istehlak etməyi tövsiyə edib.

Həkim yağlı balıqları qızılbalıq, skumbriya, siyənək və sardinanı beyin fəaliyyəti üçün ən faydalı qida hesab edir.

Onun sözlərinə görə, bu məhsulların həftədə ən azı üç dəfə istehlakı neyroiltihabın azalmasına və idrak funksiyalarının yaxşılaşmasına kömək edir. Bu nəticələr Skandinaviya ölkələrində aparılmış elmi araşdırmalarla da təsdiqlənib.

Şestakova əlavə edib ki, yumurta da beyin üçün faydalıdır. Bu, onun tərkibində yaddaşla bağlı nörotransmitter olan asetilkolinin xəbərçisi xolinin olması ilə əlaqəlidir.

Dietoloq həmçinin B qrup vitaminlərinə və tərkibində yüksək miqdarda kakao olan tünd şokolada da diqqət yetirməyi tövsiyə edib.

O bildirib ki, şokolad yaddaşı yalnız tərkibindəki teobromin maddəsi sayəsində stimullaşdırır və bu baxımdan ən azı 70 faiz kakao tərkibli tünd şokolad seçilməlidir.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
4
redaktor.az

10Mənbələr