AZ

Alim əslində dəsmalların nə qədər tez tez yuyulmalı olduğunu izah etdi

Oxumeni.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Alim əslində dəsmalların nə qədər tez-tez yuyulmalı olduğunu izah etdi

Yoluxucu xəstəlikləri olan və ya immun sistemi zəif olan insanlar hər istifadədən sonra, daha sağlamsınızsa, iki istifadədən sonra dəsmalları yumalıdırlar. Bunu “Daily Mail”-ə Lester Universitetinin klinik mikrobiologiya professoru Primrouz Fristoun deyib.

Mütəxəssisin sözlərinə görə, bədəni sildikdən sonra parça üzərində təkcə dəri hissəcikləri deyil, milyonlarla mikroorqanizmlər - bakteriya və göbələklər də qalır ki, onlar hər yeni istifadə zamanı toplanır və çoxalma üçün əlverişli mühit yaradır.

"Bu mikroblar arasında təhlükəli patogenlər ola bilər," -deyə ekspert izah edib.

Professor Fristoun Nigeriyanın Lafiya Federal Universitetində aparılan araşdırmaya istinad edib. Burada tələbələrin yataqxanada dəfələrlə hamam dəsmallarından istifadə etməsi təhlil edilib. Nümunələrin əksəriyyətinin səthində potensial təhlükəli mikroorqanizmlər, o cümlədən dəri və bağırsaq infeksiyalarına səbəb olan “E. Coli”, “Staphylococcus aureus” və “Klebsiella” aşkar edilmişdir.

"Yaş dəsmalın təkrar istifadəsi qızdırma, astma, dəri iltihabı, qıcıqlanma və digər fəsadlara səbəb ola bilər, xüsusən də həssas dərisi olan və ya immuniteti zəif olan insanlarda", - mikrobioloq izah edib. Onun sözlərinə görə, dəsmalların teksturası nəm saxlamağa kömək edir, rütubətli mühit isə patogen mikroorqanizmlərin çoxalmasını sürətləndirir.

İnfeksiya riskini azaltmaq üçün Fristoun dəsmalları yuyucu tozdan istifadə edərək ən azı 60 ° C temperaturda yumağı tövsiyə edir. Onun sözlərinə görə, isti su bakteriyaları, göbələkləri, virusları məhv etməyə kömək edir və xoşagəlməz qoxuları aradan qaldırır. Dəsmallar yalnız tamamilə quru, sərin və yaxşı havalandırılan yerdə saxlanılmalıdır.

Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
43
oxumeni.az

10Mənbələr