AZ

“Moskva-Bakı münasibətləri hazırda çətin dövrünü yaşayır”

“Moskva ilə Bakı arasında münasibətlər möhkəm təmələ malikdir, lakin hazırda çətin dövrünü yaşayır”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Həqiqətən də möhkəm təməl, iki ölkənin maraqlarının üst-üstə düşməsi və qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıq var. Amma bəzən elə olur ki, iki ölkə arasında münasibətlərdə çətin dövrlər olur. İndi də belə dövrlərdən biridir”, - deyə Kreml sözçüsü bildirib.

Peskov bu gərgin dövrün bitəcəyinə ümid etdiyini dilə gətirib. Bildirib ki, hər iki ölkə arasında əməkdaşlıq qarşılıqlı fayda gətirir.

Seçilən
15
38
qafqazinfo.az

10Mənbələr