Elçin Quliyev,
YAP Nərimanov rayon təşkilatının sədri
Son zamanlar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətində yüksək dinamika müşahidə edilir. Ölkəmizin Mərkəzi Asiya, eyni zamanda, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir.
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Azərbaycana səfərə gəldi. İki ölkə liderlərinin qarşılıqlı səfərləri əvvəllər də gerçəkləşib. Ancaq Azərbaycan torpaqlarını işğaldan azad, suverenliyini bərpa etdikdən sonra bu, Qurbanqulu Berdiməhəmmədovun ilk səfəridir.
Türkmənistan ilə Azərbaycan arasında münasibətlər qədim tarixə söykənir. Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan əlavə, xalqlarımızı dil və din eyniliyi də birləşdirir. Ölkələrimizin müstəqilliyinin bərpasından sonra münasibətlərimiz daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Türkmənistanın milli lideri sonuncu dəfə 2020-ci il martın 11-də Azərbaycana rəsmi səfər etmişdi. O zaman da Türkmənistanın məqsədi Azərbaycanla nəqliyyat, ticarət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmişdi. Prezident İlham Əliyev və Türkmənistan lideri Xəzər dənizində əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduqlarını bəyan etmişdilər.
Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Türk dünyası əlaqələri çərçivəsində də reallaşır. 2022-ci ildə Azərbaycan-Türkiyə-Türkmənistan formatının yaradılması buna örnəkdir.
Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Üçtərəfli Zirvə Görüşünün keçirilməsi, əlaqələrin müxtəlif sahələr üzrə inkişafına yönələn altı sənədin imzalanması da Türk dünyası üçün mühüm hadisə sayılır.
Azərbaycanla Türkmənistan arasında strateji maraqların üst-üstə düşməsi bu münasibətlərin gələcəyinin parlaq olduğuna zəmanət verir. Regional və qlobal çağırışlar fonunda bu iki ölkənin bir-birinə dəstək verməsi və yeni əməkdaşlıq istiqamətlərinin formalaşması qaçılmazdır.
Tarix, dil, mədəniyyət və mənəviyyat bağları ilə bir-birinə sıx bağlı olan bu iki xalqın münasibətləri yalnız bu günün deyil, sabahın da uğurlarını şərtləndirir. Qarşılıqlı etimada, strateji tərəfdaşlığa və ortaq dəyərlərə əsaslanan bu əlaqələr regionda sabitliyin və rifahın təmin olunmasına mühüm töhfə verəcək.
Azərbaycan ilə Türkmənistan münasibətlərinin tarixi qədimdir. Azərbaycan türkləri ilə türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Türkmənlər Orta Asiya türkləri arasında milli mənsubiyyəti baxımından azərbaycanlılara ən yaxın hesab olunur. Hər iki xalq türklərin oğuz boyundan sayılır. Hər iki xalqın milli qəhrəmanları, dastanları, dostları və düşmənləri eynidir.
Tərəflər arasında iqtisadi və mədəni əlaqələr keçmiş SSRİ dövründə formalaşıb. Türkmənistanın neft-qaz sahəsi üzrə strukturunu Azərbaycandan olan mütəxəssislər qurub.
Zəngin karbohidrogen ehtiyatlarına malik olan iki dövlət “açıq qapı” siyasətinə və karbohidrogen ehtiyatlarının nəqlinin şaxələndirilməsinə tərəfdar kimi çıxış edirlər. Hər iki ölkə enerji ehtiyatlarının işlənilməsi, emal edilməsi və satışı məsələləri barədə eyni mövqedədir.
2024-cü ildə Türkmənistandan Azərbaycana ixrac 303,47 milyon dollar, Azərbaycandan idxal isə 80,24 milyon dollar təşkil edib. Bu o deməkdir ki, iki ölkə arasında ümumi ticarət həcmi 383,9 milyon dollar olub. 2023-cü ildə isə bu göstərici 738,9 milyon dollara təşkil etmişdi. Türkmənistan hələ də Azərbaycanın 15 ən böyük ticarət tərəfdaşlarındandır.
Bu isə ölkələr arasında ticarət dövriyyəsinin həcmini artırmaq üçün potensialın olduğunu təsdiqləyir.
Güman ki, səfər zamanı Türkmənistan qazının Azərbaycana ötürülməsi məsələsi də müzakirə olunacaq. Bir neçə il əvvəl Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün illik həcminin iki milyard kubmetrdən dörd milyard kubmetrə çatdırmaq barədə razılığa gəlmişdi.
Azərbaycan və Türkmənistan arasında formalaşan yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə əsaslanır. Dövlət başçılarının bir-birinə hörməti, daim aktual siyasi məsələlərdə koordinasiyalı yanaşmaları münasibətlərin əsasını təşkil edir. Hər iki dövlət həm regional, həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyərək ortaq maraq
Qurbanqulu Berdiməhəmmədov işğaldan azad edildikdən sonra Qarabağa səfəri gözlənilən Türkmənistanın yüksək vəzifəli ilk dövlət rəsmisidir. Bu da iki ölkə arasında münasibətlərdə yeni səhifələrdəndir.
Azərbaycanın Qarabağda apardığı yenidənqurma və bərpa işlərində Türkmənistanın da töhfə verəcəyinə ümid edilir.Azərbaycan Mərkəzi Asiya və Türk dünyası, yaxud Şərqlə Qərbin uğurlu birləşdiricisidir. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun səfəri də bu istiqamətdə fəaliyyətin davamıdır.