Aktual.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai deyib.
Onun sözlərinə görə, Laricani və Putin ikitərəfli münasibətləri müzakirə edib:
"Laricani Moskvaya səfəri zamanı İran rəhbərliyinin Yaxın Şərqdəki vəziyyət, qlobal proseslər və ikitərəfli münasibətlərlə bağlı Tehranın ümumi mövqeləri və baxışlarını əks etdirən mesajını Putinə çatdırıb. Onun Putinlə yaxşı görüşü olub. Həm ikitərəfli gündəm, həm də son 3-4 həftə ərzində Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla geniş spektrli aktual mövzular müzakirə edilib”.
Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Kremldə Laricanini qəbul edib.