“Ximki” ilə əlaqələri olan iş adamı Tufan Sadıqov Türkiyənin “Serik Belediyespor” klubunu alması ilə bağlı sualı cavablandırıb.
Operativ Media xəbər verir ki, o, bu haqda Rusiyanın "Sport Ekspress" saytına açıqlama verib.
Azərbaycanlı biznesmen Türkiyə klubu ilə əlaqəsinin olmadığını bildirib.
"Sizə haradan gəldi ki, bu, mənim klubumdur? Mən sizə şərh verdim, heç nə dəyişməyib. Klubla heç bir əlaqəm yoxdur. Gündəlik işlərimlə məşğulam. Futbol məsələlərinə qətiyyən qarışmıram", - Sadıqov deyib.
Daha əvvəl "Serik Belediyespor"un baş məşqçisi Sergey Yuran TASS-a müsahibəsində mütəxəssisin üzərinə ölkə çempionatının ikinci güclü divizionunda yerini qorumaq tapşırıldığını bildirmişdi.