Almaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz" təhlükəsizlik yastıqlarında yaranan problemlərə görə dünya üzrə 223 min avtomobilini geri çağırır.
Operativ Media xəbər verir ki, bu barədə Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsi məlumat yayıb.
Bu, 2002-ci ilin dekabrından 2006-cı ilin fevralına qədər istehsal edilən "Viano" və "Vito" furqon modellərinə aiddir.
Almaniyada geri çağrılmaya 60 245 avtomobil daxildir.
Gözəl Azadəliyeva