Türkiyə AB-dən onun avrointeqrasiya qarşısındakı siyasi maneələri dərhal aradan qaldıracağını gözləyir.
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyə AB-yə üzvlüyü ilə bağlı danışıqların yenidən canlandırılması və irəliyə aparılması üçün başqa bir gün gözləməməlidir. Bu hadisələr indi baş verməlidir. AB-dəki bütün həmsöhbətlərimizə bildiririk ki, təşkilata tamhüquqlu üzv olmaq məqsədimizə möhkəm sadiq qalırıq. AB bu məsələyə strateji və uzaqgörənliklə yanaşarsa, onların dərhal addım atmalarına heç bir maneə olmayacaq. Türkiyəyə qarşı siyasi maneələr təcili olaraq aradan qaldırılmalıdır. AB ölkələrindən Türkiyə ilə münasibətləri ədalətli və bərabər əsaslarla davam etdirməsini gözləyirik”, - o bildirib.