AZ

"YPG hər an mövqeyini dəyişə bilər" - Ərdoğan

YPG-nin (PKK-nın qollarından biri) mövqeyi hər an dəyişə bilər.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Türkiyə terrordan xilas olmaq üçün lazımi bütün addımları atmağa davam edir:

"Prosesin təxribatlardan təsirlənməməsi üçün məsələni diqqətlə izləyirik. "Terrorsuz Türkiyə hədəfimizi pozacaq bütün təxribat və strukturlara qarşı ayıq-sayıqıq. Bildiyiniz kimi, tərksilah prosesi başlayıb. Bildiyim qədər komissiya ilə bağlı müzakirələr son mərhələyə çatıb. Tezliklə parlament səviyyəsində irəliləyişin şahidi olacaqsınız. Biz terrordan azad bir gələcək qurmaq əzmindəyik".

R.T.Ərdoğan vurğulayıb ki, regionda baş verən hadisələr atılan bu addımın doğruluğunu sübut edir:

"İmralı bu məsələdə hər cür dəstəyi verib və verməkdədir. Məsələnin bu mərhələsi həlledicidir. Çünki YPG-nin mövqeyi hər an dəyişə bilər".

Seçilən
6
50
redaktor.az

10Mənbələr