Bakının İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində yerləşən "Naxçıvan" hotelinin söküntüsü ilə bağlı yeni detallar açıqlanıb.
FED.az xəbər Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, sözügedən ərazidə yeni mehmanxana binasının inşası nəzərdə tutulub.
"Yeni binanın tikinti layihəsi aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir", - deyə komitənin cavabında qeyd olunub. (oxu.az)