Bakının İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində yerləşən "Naxçıvan" hotelinin söküntüsü ilə bağlı yeni detallar açıqlanıb.
Avtosfer.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Oxu.az-a bildirilib ki, sözügedən ərazidə yeni mehmanxana binasının inşası nəzərdə tutulub.
"Yeni binanın tikinti layihəsi aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir", - deyə komitənin cavabında qeyd olunub.