Macarıstanın Tata şəhərində qadın güləşçilər üçün beynəlxalq təlim-məşq toplanışı təşkil olunub.
Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 15 kollektivin qatıldığı hazırlıq prosesində milli komandamızın da üzvləri iştirak edirlər.
Toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərovun rəhbərliyi altında Elnurə Məmmədova (53 kq), Günay Qurbanova (59 kq) və Ruzanna Məmmədova (62 kq) yer alır.
Qarşıdan gələn yarışlara hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışı iyulun 29-dək davam edəcək.
Qeyd edək ki, növbəti hazırlıq prosesinin də ölkə xaricində təşkili nəzərdə tutulub.
Belə ki, U20 milli komandanın üzvlərinin – Günay Qurbanova (59 kq) Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadənin (72 kq) baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında 5-17 avqust tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada toplanış keçməsi planlaşdırılır.
Komandamız hazırlıq prosesini başa vurduqdan sonra eyni şəhərdə keçiriləcək U20 dünya çempionatına qatılacaq.