İyulun 23-27-də Portuqaliyanın Montemor-o-Velyo şəhərində gənclər və 23 yaşa qədər kayak və kanoeçilər arasında dünya çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycanı yarışda 1 qadın, 2 kişi olmaqla, ümumilikdə 3 idmançı təmsil edəcək.
Kanoe yarışlarında iyulun 3-6-da eyni yaş kateqoriyasında keçirilmiş Avropa çempionatında üçüncü olan Tatyana Smilovenko yenə medal uğrunda mübarizə aparacaq. Kayak növündə isə Amil Ramazanov və Əlimurad Hacızadə dünya çempionatında mükafat qazanmağa çalışacaq.
Avarçəkənlərimiz Avropa çempionatına yollanıb
Avarçəkənlərimiz Vyana Reqatasında iştirak edəcək
Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
Gənc avarçəkənlərimiz Qazaxıstanda 14 medal qazanıb