AZ

Elm və təhsil nazirinin Oğuzda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Bakı, 21 iyul, AZƏRTAC

Elm və təhsil naziri Emin Əmrullayevin iyulun 25-də Oğuz şəhərində vətəndaşlarla keçiriləcək görüşünün vaxtı dəyişdirilib.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaş qəbulu iyulun 29-da keçiriləcək.

Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ sakinlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.

Seçilən
38
13
azertag.az

10Mənbələr