Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Elm və təhsil naziri Emin Əmrullayevin 25 iyul 2025-ci il tarixində Oğuz şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə Redaktor.az-a ETN-dən məlumat verilib.
Bildirilib ki, vətəndaş qəbulu iyulun 29-da keçiriləcək. Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ sakinlərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.