AZ

Şou-biznesdə saxta nikah qalmaqalı: Biz İranda yaşamırıq!

Son günlər şou-biznes aləmində “saxta toy” iddiaları geniş rezonans doğurub. Aktrisa Pərvin Abıyeva və müğənni Nadir Qafarzadənin bu mövzuda səsləndirdiyi fikirlər cəmiyyətin diqqətini çəkib. Onların sözlərinə görə, bəzi insanlar imic və maddi qazanc naminə şou xarakterli saxta toylar təşkil edir, gəlin və bəy, hətta qayınana-qayınata rollarını aktyorlar ifa edir.

Publika.az xəbər verir ki, övzu ilə bağlı Yenisabah.az-a açıqlama verən tanınmış prodüser Tarix Əliyev (Tolik) məsələyə fərqli prizmadan yanaşıb. O, bu cür halların əvvəllər də baş verdiyini xatırladıb:

“Belə şeylər olub. Çox məşhur müğənnilərimiz arasında belə hallar yaşanıb. Məsələn, bir xanım müğənni ərə getdiyini bildirsə də, həmin toyda bəy görünməyib. Amma bu hadisə təxminən 15 il əvvəl olub".

O, hazırda da bu cür vəziyyətlərin davam etdiyini vurğulayıb:

“Fikir versəniz, yeni evlənən cütlüklərin çoxu bir neçə aydan sonra boşanır. Səbəb kimi də yola getmədiklərini göstərirlər. Məncə, bu məsələyə qanunla nəzarət olunmalıdır. Şadlıq evləri toy üçün mütləq nikah haqqında şəhadətnamə tələb etməlidir. Tanınmış olmasalar belə, bəzi qızlar valideynlərdən canlarını qurtarmaq üçün 5-10 nəfərlə özlərinə toy edirlər. Rəsmi nikah yox, dini kəbinlə evlənirlər. Biz İranda yaşamırıq ki, dini qanunlarla toy edək. Rəsmi nikah vacibdir”.

Tolik saxta toyların sonradan ciddi sosial problemlərə səbəb olduğunu da qeyd edib:

Seçilən
76
50
publika.az

10Mənbələr