AZ

Azərbaycan və Türkiyə arasındakı qardaşlıq körpüsü basketbol meydanında da inşa edilir FOTO

ain.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev, federasiya rəsmiləri ilə birlikdə Türkiyənin tanınmış qadın basketbol klublarından biri olan "Nəsibə Aydın" basketbol klubunun prezidenti Mirkan Aydın və klub nümayəndələri arasında rəsmi görüş keçirilib.

Apasport.az xəbər verir ki, görüşün əsas mövzusu iki ölkə arasında qadın basketbolunun inkişafı, ortaq layihələr və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Tərəflər gələcəkdə müxtəlif yaş qrupları üzrə qadın basketbolçular arasında birgə turnirlər və təlim proqramlarının həyata keçirilməsi perspektivlərini də dəyərləndiriblər.

Federasiya prezidenti Emin Əmrullayev görüş zamanı Türkiyə basketbolunun bölgədəki təcrübəsindən faydalanmağın müsbət tərəflərindən danışıb və "Nəsibə Aydın" klubunun qadın basketbolundakı uğurlarını yüksək qiymətləndirib.

Qarşılıqlı olaraq Mirkan Aydın da Azərbaycan basketbolunda son illərdə müşahidə olunan inkişafı təqdir edərək, gələcək əməkdaşlıqlarda uğurlu nəticələrin qeydə alınacağına inandığını söyləyib.

Millimiz Dünya Seriyasının finalına yüksəlib

Yığmamız Dünya Seriyasının yarımfinal mərhələsində

Millimiz Avropa çempionatında 5-ci olub

Milli komandamız Çinlə üz-üzə

Milli komandamız Malta yığmasını məğlub edib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
11
apasport.az

10Mənbələr