26-27 iyul gənclər şəhəri Sumqayıtda 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi keçiriləcək.
Apasport.az xəbər verir ki, Sumqayıt mərhələsində dünyanın müxtəlif ölkələrindən olan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar.
Yarışda ümumilikdə 16 komanda iştirak edəcək. Onlardan 12-si milli: Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya, 4-ü isə klub: “Karolina”(Puerto Riko), “Pekin”(Çin),“Takasaki”(Yaponiya), “CS Rapid”(Rumıniya) komandalarıdır.
Qeyd edək ki, Sumqayıt mərhələsinin oyunları şəhər dənizkənarı bulvarında baş tutacaq.
Milli komandamız Çinlə üz-üzə
Milli komandamız Malta yığmasını məğlub edib
Millimiz Sinqapuru məğlub edib
Millimiz Danimarkanı məğlub edib
Millimiz Dünya Seriyasında ardıcıl iki qələbə qazanıb