AZ

"Naxçıvan" hotelinin yerində yeni mehmanxana tikiləcək - AÇIQLAMA

Bakının İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində yerləşən "Naxçıvan" hotelinin söküntüsü ilə bağlı yeni detallar açıqlanıb.
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə yeni mehmanxana binasının inşası nəzərdə tutulub.
 
"Yeni binanın tikinti layihəsi aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir", - deyə komitənin cavabında qeyd olunub.
Seçilən
0
19
moderator.az

10Mənbələr