Hindistan Hərbi Dəniz Qüvvələri DSV tipli ilk “Nistar” dalğıc dəstək gəmisini istifadəyə verib.
Herbiand.az bildirir ki, mərasim müdafiə naziri Şri Sanjay Setin iştirakı ilə Vişakhapatnamdakı hərbi-dəniz bazasında keçirilib.
Vurğulanıb ki, bu, dərin dəniz əməliyyatlarını və sualtı xilasetmə imkanlarını əhəmiyyətli dərəcədə artıran Hindistan Hərbi Dəniz Qüvvələri üçün əlamətdar məqamdır.
Əsas missiyasını yerinə yetirmək üçün “Nistar” gəmisi müxtəlif avadanlıqlarla, o cümlədən hiperbarik kompleksli xilasedici qayıq, məsafədən idarə olunan müxtəlif tipli sualtı nəqliyyat vasitələri, dekompressiya kameraları, dalğıc zəngi və 15 ton qaldırma qabiliyyəti olan kranla təchiz edilib.
“Nistar” gəmisinin uzunluğu 118,4 metr, eni 22,8 metrdir. Gəmi 25 zabit və 225 dənizçini qəbul edə bilər.
Bəxtiyar CƏFƏRLİ