AZ

ABŞ donanmasının “Connecticut” nüvə sualtı qayığı 2026-cı ilin sonunda xidmətə qayıdacaq

ABŞ Hərbi Dəniz Qüvvələrində xidmətdə olan üç “Seawolf” sinifli sualtı qayıqdan biri olan “Connecticut” nüvə sualtı qayığının 2026-cı ilin sonuna kimi xidmətə qayıtması planlaşdırılır.

Herbiand.az bildirir ki, bu, Sakit okeanda sualtı toqquşma zamanı dəyən ciddi ziyana görə beş illik fəaliyyətsizlikdən sonra baş verəcək.

Xatırladaq ki, insident 2021-ci ilin oktyabrında Cənubi Çin dənizində beynəlxalq sularda missiya yerinə yetirərkən baş verib.

Amerika hərbçiləri sualtı qayığın konkret nə ilə toqquşduğunu dəqiqləşdirməyib. ABŞ Hərbi Dəniz Qüvvələrinin mənbələrinə görə, bu, başqa bir sualtı qayıq, gəmi ilə toqquşma və ya başqa ölkənin təcavüzkar hərəkəti olmayıb. Komandanlıq qeyd edib ki, topoqrafik məlumatlara əsasən, həmçinin sualtı relyeflə toqquşma da olmayıb.

Təsdiqlənməmiş rəsmi məlumatlara görə, sualtı qayıq batmış gəmi və ya dənizə düşən konteynerlə toqquşmuş ola bilərdi.

Bəxtiyar CƏFƏRLİ

phrase_var_article.chosen
61
8
herbiand.az

8phrase_var_article.sources