AZ

"Əl-Hilal" Superkubokdan imtina etdi

BAKI, 21 iyul. TELEQRAF

"Əl-Hilal" klubu Səudiyyə Ərəbistanı Superkubokunda iştirak etməyəcək.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Ər-Riyad təmsilçisi bu qərarı FIFA Klublararası Dünya Çempionatında iştirak etdiyi üçün qəbul edib.

"Əl-Hilal"ın rəsmi açıqlamasında bildirilir ki, imtinaya səbəb futbolçuların yeni mövsümə qədər sağlamlığını və hazırlığını təmin etmək istəyi olub. Klublararası dünya çempionatının 1/4 finalına yüksələn “Əl-Hilal”ın qərarına futbolçuların müqavilələrində illik 28 gün məzuniyyət nəzərdə tutulduğu halda, ABŞ-dən Səudiyyə Ərəbistanına uçuşun gecikməsi də təsir edib.

Səudiyyə Ərəbistanı Superkuboku avqustun 19-da keçiriləcək. Turnirdə “Əl-İttihad”, “Əl-Nəsr”, “Əl-Qadisiya” və “Əl-Əhli” komandaları mübarizə aparacaq. "Əl-Hilal" bundan əvvəlki iki mövsümdə kubokun sahibi olub.

Qeyd edək ki, "Əl-Hilal" klublarası dünya çempionatının 1/4 final mərhələsində Braziliyanın "Fluminense" klubuna 1:2 hesabı ilə uduzub.

Seçilən
3
50
teleqraf.com

10Mənbələr