Yay təlim-məşq toplanışını Azərbaycanda keçirən "Qəbələ" klubu növbəti yoxlama oyununa çıxacaq.
Operativ Media xəbər verir ki, rəqib Premyer Liqanın digər təmsilçisi "Kəpəz" olacaq.
Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:30-da start götürəcək.