AZ

ABŞ-də gənclərin 72 faizi süni intellekt "dostları" ilə söhbət edir

ABŞ-də aparılan bir araşdırma, 13–17 yaş arası yeniyetmələrin 72 faizinin ən az bir dəfə süni intellekt əsaslı söhbət botlarından istifadə etdiyini ortaya qoyub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Sorğuda 1060 yeniyetmə ilə müsahibə aparılıb.

Məlumata əsasən, hər iki gəncdən biri isə bu sistemlərlə mütəmadi ünsiyyətdə olduğunu bildirib.

Mütəxəssislər emosional bağ yaradan bu sistemlərin yeniyetmələrin psixoloji sağlamlığına təsiri ilə bağlı xəbərdarlıq edirlər.

Sorğuya görə, yeniyetmələrin yarısı bu sistemlərdən gələn tövsiyələrə etibar etmir. Lakin yaş qrupları arasında fərq mövcuddur. 13–14 yaş qrupu, 15–17 yaş qrupuna nisbətən süni intellektin verdiyi məsləhətlərə daha çox güvənir.

Seçilən
5
50
operativmm.az

10Mənbələr