Araşdırma: Sosial media diqqət pozuntusu, emosional gərginlik və asılılıq əlamətlərini artırır…
Sinqapurun Nanyang Texnologiya Universiteti (NTU) və Sinqapur Tədqiqat Agentliyinin (Research Network) ABŞ-nin süni intellekt platforması ilə birgə həyata keçirdiyi yeni hesabat sosial şəbəkələrin gənclər arasında diqqətin azalmasına, emosional dalğalanmalara və kompulsiv davranışlara səbəb olduğunu ortaya qoyub.
Poliqon xəbər verir ki, bu barədə Phys.org portal məlumat yayıb.
Sinqapur və Avstraliyada aparılan tədqiqatda 13-25 yaş arasında 583 gənc və onların valideynləri iştirak edib. Araşdırma göstərib ki, sosial medianın uzunmüddətli istifadəsi diqqətin cəmlənməsində çətinlik, emosional yorğunluq və asılılıq şəklində davranışlarla əlaqəlidir.
İştirakçıların 68%-i diqqət toplamaqda çətinlik çəkdiklərini bildiriblər. Onların çoxu dərs tapşırıqlarını yerinə yetirməkdə və ya bir dəqiqədən uzun kontent izləməkdə çətinlik yaşadıqlarını qeyd edib. Bir yeniyetmə TikTok istifadə etdiyindən diqqətinin o qədər zəiflədiyini deyib ki, hətta bir dəqiqəlik videonu izləyə bilmir.
Tədqiqatın müəllifi, professor Cemma Kalvert izah edir ki, “Beyin daim yenilik axtarışına və dofamin zənciri vasitəsilə ani mükafat əldə etməyə öyrəşir. Bu zamanla diqqət və dərin düşünmə qabiliyyətimizi zəiflədir. Bu, asılılıqda müşahidə olunan nümunələrə uyğundur — zövq almaq üçün daha çox stimullaşdırmaya ehtiyac yaranır.”
Poliqon.info