AZ

Sumqayıtda çoxmərtəbəli binada yanğın baş verib

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

Operativ Media xəbər verir ki, hadisə 6-cı mikrorayonda yerləşən çoxmərtəbəli yaşayış binalarından birində baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

Polis əməkdaşları tərəfindən ərazidə mühafizə tədbirləri həyata keçirilir, binadan sakinlərin təxliyəsi təmin olunur. Hazırda yanğının qarşısının alınması və səbəblərinin araşdırılması istiqamətində işlər davam etdirilir.

Seçilən
42
50
operativmedia.az

10Mənbələr