AZ

Zelenski: Beynəlxalq məhkəmələr Ukraynanın xeyrinə 6,9 milyard dollarlıq qərar verib

Zelenski və Ukraynanın “Naftoqaz” şirkətinin rəhbəri Serhiy Koretski Ukrayna səfirləri ilə görüşə hazırlıq çərçivəsində Kiyevin xeyrinə arbitraj qərarlarının icrası yollarını müzakirə ediblər.

Operativ Media xəbər verir ki, bunu Ukrayna prezidenti Zelenski bildirib.

Prezidentin sözlərinə görə, artıq beynəlxalq arbitraj məhkəmələrinin ümumilikdə 6,9 milyard dollar dəyərində bir neçə müsbət qərarı var.

O qeyd edib ki, hazırda bu vəsaitlərin yığılması üçün konkret addımlar hazırlanır və sabah Ukrayna səfirləri müvafiq göstərişlər alacaqlar.

Seçilən
70
50
operativmedia.az

10Mənbələr