Bakı. Trend:
Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinəyekun vurulub.
Trend xəbər verirki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Yarışın sonuncu günündə yunan-Roma güləşi üzrə millimizin birneçə üzvü mübarizə aparıb.
60 kq
Nihat Məmmədli koreyalı Seunqhak Kimə (9:0), özbəkistanlı MehracBəhramova (4:0) və serbiyalı Georgi Tibilova (3:2) qalib gələrəkfinala yüksəlib. Nihat həlledici görüşdə hindistanlı Sumit Sumitüzərində inamlı qələbə (5:1) qazanaraq, fəxri kürsünün ən yüksəkpilləsinə qalxıb.
Bu çəkidəki digər təmsilçimiz İlkin Qurbanov 1/8 finaldaqazaxıstanlı Qalim Kabdunassarova müqavimət göstərə bilməyib –1:9.
63 kq
Ziya Babaşov təsnifat mərhələsində özbəkistanlı Asiya çempionuvə dünya üçüncü İslamcan Bəhramova sonuncu xal prinsipinə əsasən(3:3) məğlub olub.
67 kq
Fərid Xəlilov koreyalı Byeonqqi Seonu (6:0) mübarizədənkənarlaşdırsa da, 1/4 finalda gürcüstanlı dünya və Avropa çempionuLeri Abuladzeyə ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.
77 kq
Sənan Süleymanov serbiyalı Aleksa İliçə (4:0) və moldovalıAleksandrin Qutuya (8:0), özünü ilk dəfə bu çəkidə sınayan ÜlvüQənizadə isə xorvatiyalı Antonio Kamenyaseviçlə (1:1) koreyalıHyeonjin Kanqa (3:3) qalib gələrək 1/4 finala yüksəliblər. Milliüzvləri bu mərhələdə qarşılaşmalı olsalar da, Ülvü xalçaya çıxmayıbvə Sənan yarımfinala vəsiqə qazanıb. Süleymanov finalın biraddımlığında rusiyalı Sergey Kutuzova (6:8), bürünc medal görüşündəisə macarıstanlı Levente Levaya (2:3) məğlub olub.
82 kq
Qurban Qurbanov zədələndiyi üçün təsnifat mərhələsində moldovalıMixail Bradu ilə görüşə çıxmadı və yarışdan çəkildi.
97 kq
Murad Əhmədiyev türkiyəli Abdulkadir Çebiyə (3:1), serbiyalıUros Krstinə (9:0) və gürcüstanlı Giorgi Katsanaşviliyə (8:0) qalibgələrək yarımfinala adlayıb. Murad yarımfinalda gürcüstanlı GiorgiMeliaya 1:5 hesabıyla uduzub. Ancaq bürünc medal uğrunda mübarizədərusiyalı İliya Yermolenkodan güclü olub – 8:4.
Onun çəki yoldaşı Arif Niftullayev hindistanlı Niteş Niteşə(9:0) və qazaxıstanlı Yussuf Matsiyevə (2:2) qalib gəlsə də, 1/4finalda gürcüstanlı Giorgi Meliaya (tuş), təsəlliverici görüşdə isərusiyalı İliya Yermolenkoya (3:3) məğlub olub.
Beləliklə, son yarış günündə “klassiklərimiz” 1 qızıl və 1bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə milli ilin son reytinqyarışını 4 medalla başa vurub. Xatırladaq ki, ötən gün RuslanNurullayev (72 kq) və İslam Abbasov (87 kq) üçüncü yeri tutub.