Polşa çempionatında 2025-26 mövsümü start götürüb. 

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Renat Dadaşov yeni klubu "Motor" ilə bu gün debüt edib. Lyublin təmsilçisi Bakı vaxtı ilə saat 19:30-da "Arka" ilə üz-üzə gəlib. Hazırda davam edən matçda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlir.

R.Dadaşov bu oyunda ehtiyat heyətdə yer alıb. O, 45-ci dəqiqədə meydana daxil olub. 

Xatırladaq ki, 26 yaşlı hücumçu Polşada "Radomyak"ı "Motor" komandasına dəyişmişdi.

Polşa çempionatı, I tur

19:30. "Motor" - "Arka" 1:0