Polşa çempionatında 2025-26 mövsümü start götürüb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Renat Dadaşov yeni klubu "Motor" ilə bu gün debüt edə bilər. Lyublin təmsilçisi bu gün Bakı vaxtı ilə saat 19:30-da "Arka" ilə üz-üzə gələcək.
R.Dadaşov bu oyunda ehtiyat heyətdə yer alıb.
Xatırladaq ki, 26 yaşlı hücumçu Polşada "Radomyak"ı "Motor" komandasına dəyişmişdi.
Polşa çempionatı, I tur
19:30. "Motor" - "Arka"