Moldova Mərkəzi Seçki Komissiyası oliqarx İlan Şorun rəhbərlik etdiyi rusiyayönlü "Pobeda" blokunun parlament seçkisində iştirakını qeydə almaqdan imtina edib.
Oxu.Az RBC.ua-ya istinadən xəbər verir ki, qərar səs çoxluğu ilə qəbul edilib.
Blokun qeydiyyatından imtina edilməsinə səbəb siyasi qüvvə tərəfindən çoxsaylı qanun pozuntularının olmasıdır.
Moldovada parlament seçkisi 2025-ci il sentyabrın 28-nə təyin edilib. Mövcud parlamentin mandatı iyulun 11-də başa çatacaq.
"Pobeda"nın təsisçisi və rəhbəri Moldovadan Rusiyaya qaçan və Rusiya pasportu almış oliqarx İlan Şordur. O, Moldovada bir milyard dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunur və istintaq altındadır.
"Cebheinfo.az"