AZ

Moldovada rusiyayönlü partiya seçkiyə buraxılmadı

Moldova Mərkəzi Seçki Komissiyası oliqarx İlan Şorun rəhbərlik etdiyi rusiyayönlü "Pobeda" blokunun parlament seçkisində iştirakını qeydə almaqdan imtina edib.

“İki sahil” RBC.ua-ya istinadən xəbər verir ki, qərar səs çoxluğu ilə qəbul edilib.

Blokun qeydiyyatından imtina edilməsinə səbəb siyasi qüvvə tərəfindən çoxsaylı qanun pozuntularının olmasıdır.

Moldovada parlament seçkisi 2025-ci il sentyabrın 28-nə təyin edilib. Mövcud parlamentin mandatı iyulun 11-də başa çatacaq.

"Pobeda"nın təsisçisi və rəhbəri Moldovadan Rusiyaya qaçan və Rusiya pasportu almış oliqarx İlan Şordur. O, Moldovada bir milyard dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunur və istintaq altındadır.

phrase_var_article.chosen
93
10
ikisahil.az

10phrase_var_article.sources