AZ

AB-dən Azərbaycan şirkətinə qarşı sanksiya - Yeni detallar

Avropa Birliyi (AB) Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalar paketi çərçivəsində Azərbaycan, Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və Mavrikiyadan olan 18 xarici şirkətə sanksiya tətbiq edib.

Sitat.info xəbər verir ki, bu barədə məlumat AB-nin rəsmi jurnalında məlumat yayılıb.

Sanksiyaya məruz qalan xarici şirkətlər arasında Çinin "Bellatrix Energy", "Zhu Jiang Shipmanagement", "ACE Electronic HK", "Wuhan Global Sensor Technology" və "Shandong ODES Industry", Hindistanın "Intershipping Services Hub Private" və "Nayara Energy", Mavrikiyanın "Redbird Corporate Services" və "Sapang Shipping" Sinqapurun "2Rivers PTE", Azərbaycanın "Aqua Fleet Management", BƏƏ-nin "Intershipping Services", "Twister Shipmanagement", "Admiral Group", "Milavous Group", "2Rivers DMCC", "Monolink Group" və "Tarabya Logistics" şirkətləri də yer alıb.

***

Avropa Birliyinin sanksiyalar siyahısına daxil edilən Azərbaycan şirkəti – "Aqua Fleet Management" haqqında yeni detallar məlum olub.

Bu barədə Haqqın.az saytı yazıb.

Qeyd olunub ki, şirkət 2024-cü ilin avqust ayında 100 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Onun sahibi kimi Kaxaber İremadze adlı şəxs göstərilir.

"Aqua Fleet Management" Sumqayıt şəhəri, Sülh küçəsi 5, mənzil 25 ünvanında yerləşir.

Şirkət əsasən neft daşımaları ilə məşğuldur. Məlumata görə, şirkətə məxsus “Saurri” və “Ederra” adlı iki neft tankeri, həmçinin “Temirro” adlı quru yük gəmisi var.

Açıq mənbələrdə qeyd olunur ki, bu gəmilər beynəlxalq sularda Kamerun bayrağı altında üzür.

Seçilən
54
50
sitat.info

10Mənbələr