AZ

Çempionlar Liqasında üzünü görəcəyimiz azərbaycanlı kimdir?

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, E.Məsiyev Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) - “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

İtaliyalı Canluka Aureliano VAR, digər referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.

İyulun 23-də Riyeka şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.

Seçilən
43
1
sportinfo.az

10Mənbələr