AZ

"Barselona"dan AYRILIR

"Barselona" futbolçusu Pablo Torre ilə yollarını ayırır.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "Jijantes" nəşrinə istinadən məlumat yayıb.

22 yaşlı hücumameyilli yarımmüdafiəçi "Malyorka"ya keçir. "Barselona" bu transferdən 5 milyon avro qazanacaq. Həmçinin oyunçunun gələcək satışından da Kataloniya klubu 50 faiz gəlir əldə edəcək.

Qeyd edək ki, Pablo Torre 2022-ci ilin yayından "Barselona"da çıxış edir. O, ötən mövsüm komandasının heyətində 14 oyuna çıxaraq 4 qol vurub və 3 qolun ötürməsini edib. Futbolçunun klubla olan hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Bizim.Media

Seçilən
17
17
bizim.media

10Mənbələr