AZ

Qahirədə iki yaşayış binasının uçması nəticəsində bir neçə nəfər ölüb

Misirin paytaxtı Qahirənin qədim məhəllələrinin birində və Şubra rayonunda iki yaşayış binasının uçması nəticəsində bir neçə nəfər ölüb və yaralanıb.

APA xarici mediaya istinadən xəbər verir ki, dağıntılar altında qalanların axtarışı davam etdirilir. Qeyd olunur ki, binalardan birinin söküntüsü planlaşdırılırdı və sakinlər bir müddət əvvəl təxliyə edilib.

Misirdə, xüsusilə Qahirə və İsgəndəriyyədə köhnə binaların uçması halları son vaxtlar artıb. Məlumata görə, Misirdə, ümumiyyətlə tikinti normalarına cavab verməyən 7 milyondan çox bina vardır. Təkcə son illərdə binaların tikintisində iki milyondan çox pozuntu qeydə alınıb.

Seçilən
68
5
apa.az

8Mənbələr