Bakı. Trend:
Misirin paytaxtı Qahirənin qədim məhəllələrinin birində və Şubrarayonunda iki yaşayış binasının uçması nəticəsində bir neçə nəfərhəlak olub və yaralanıb.
Trend xəbər verir ki,dağıntılar altında qalanların axtarışı davam etdirilir. Bildirilirki, binalardan birinin söküntüsü planlaşdırılırdı və sakinlər birmüddət əvvəl təxliyə edilib.
Misirdə, xüsusilə Qahirə və İsgəndəriyyədə köhnə binalarınuçması halları son vaxtlar artıb. Bildirilir ki, Misirdə,ümumiyyətlə tikinti normalarına cavab verməyən 7 milyondan çox binavardır. Təkcə son illərdə binaların tikintisində iki milyondan çoxpozuntu qeydə alınıb.
Misirin Nümayəndələr Məclisi bu problemin həlli məqsədilə xüsusikomissiya formalaşdırıb. Komissiya tikinti normalarına cavabverməyən və dağılmaq üzrə olan binaları qeydə alır, sakinlərininisə başqa yaşayış binaları ilə təmin edilməsi məsələsi ilə məşğulolur.