Bakı. Trend:
Tibo Kurtua İspaniyadakı malikanəsini təxminən 4,5 milyon avroyasatıb.
Trend xəbər verir ki, "ElConfidencial" nəşrinin məlumatına görə, “Real"ın qapıçısı Madridyaxınlığında yerləşən Boadilja-del-Monte şəhərinin nüfuzlu LasLomas rayonundakı evini satıb.
Üç mərtəbəli binanın ümumi sahəsi 875 kvadratmetr, yerləşdiyitorpaq sahəsi isə 2 500 kvadratmetrdir. Evdə yeddi yataq otağı, beşhamam otağı və hovuz mövcuddur.
Kurtua bu malikanəni 5 il əvvəl almışdı. İndi isə o, bu evi“elit səviyyəli” başqa bir idmançıya satıb. Qeyd olunur ki,belçikalı qolkiper və ailəsi oktyabr ayına qədər həmin evdə qalacaq– bu müddətdə onların yaxınlıqda inşa edilən yeni evitamamlanacaq.
Yeni malikanənin ümumi sahəsi 6 000 kvadratmetr, yerləşdiyitorpaq sahəsi isə 15 000 kvadratmetr olacaq.
Forbesin məlumatına görə, Kurtuanın gələcək evi minimalistdizayna, böyük pəncərələrə və geniş teraslara malik olacaq. Üçmərtəbədən ibarət olacaq bu evdə yarıörtülü zirzəmi mərtəbəsi vəavtomobil kolleksiyası üçün nəzərdə tutulmuş yeraltı qarajolacaq.
Bundan əlavə, layihədə günəş panelləri və geotermal havalandırmasistemi də nəzərdə tutulub. Həyət ərazisində bir neçə hovuz vəşəxsi meşə də olacaq.