AZ

 Kurtua  İspaniyadakı malikanəsini satdı

Tibo Kurtua İspaniyadakı malikanəsini təxminən 4,5 milyon avroya satıb.

Trend xəbər verir ki, "El Confidencial" nəşrinin məlumatına görə, “Real"ın qapıçısı Madrid yaxınlığında yerləşən Boadilja-del-Monte şəhərinin nüfuzlu Las Lomas rayonundakı evini satıb.

Üç mərtəbəli binanın ümumi sahəsi 875 kvadratmetr, yerləşdiyi torpaq sahəsi isə 2 500 kvadratmetrdir. Evdə yeddi yataq otağı, beş hamam otağı və hovuz mövcuddur.

Kurtua bu malikanəni 5 il əvvəl almışdı. İndi isə o, bu evi “elit səviyyəli” başqa bir idmançıya satıb. Qeyd olunur ki, belçikalı qolkiper və ailəsi oktyabr ayına qədər həmin evdə qalacaq – bu müddətdə onların yaxınlıqda inşa edilən yeni evi tamamlanacaq.

Yeni malikanənin ümumi sahəsi 6 000 kvadratmetr, yerləşdiyi torpaq sahəsi isə 15 000 kvadratmetr olacaq.

Forbesin məlumatına görə, Kurtuanın gələcək evi minimalist dizayna, böyük pəncərələrə və geniş teraslara malik olacaq. Üç mərtəbədən ibarət olacaq bu evdə yarıörtülü zirzəmi mərtəbəsi və avtomobil kolleksiyası üçün nəzərdə tutulmuş yeraltı qaraj olacaq.

Bundan əlavə, layihədə günəş panelləri və geotermal havalandırma sistemi də nəzərdə tutulub. Həyət ərazisində bir neçə hovuz və şəxsi meşə də olacaq.
Seçilən
21
6
sherg.az

7Mənbələr