AZ

Ərdoğanla Putin telefonla danışdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, onlar ikitərəfli münasibətlər və regional məsələləri, xüsusilə Suriyadakı hadisələri müzakirə ediblər.

Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundunun başlamasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran Ərdoğan tərəflər üçün uyğun tarixlər müəyyən edildikdən sonra Türkiyənin İstanbulda danışıqlara ev sahibliyi etməyə davam edəcəyini söyləyib.




Seçilən
14
8
news24.az

10Mənbələr