AZ

Ərdoğan Putinlə regional məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Ukrayna ilə birbaşa danışıqların üçüncü raundunun başlamasının vacibliyini və onları İstanbulda keçirməyə hazır olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.

"Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundunun başlamasının vacib olduğunu, tərəflər üçün münasib tarixlər müəyyən edildikdə, Türkiyənin danışıqlara ev sahibliyi etməyə davam edəcəyini bildirib", - deyə məlumatda qeyd olunub.
Seçilən
25
1
demokrat.az

10Mənbələr