AZ

"Çelsi"dən "Arsenal"a - Rəsmi

style='margin-bottom:10px;'>

"Arsenal" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, London təmsilçisi "Çelsi"dən Noni Maduekeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İngiltərəli yarımmüdafiəçi üçün "Çelsi"yə 55+5 milyon avro təzminat ödəniləcək. 

Qeyd edək ki, İngiltərə millisinin üzvü ötən mövsüm "Çelsi"nin heyətində 46 rəsmi matçda 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Seçilən
44
50
teleqraf.com

10Mənbələr