İtaliyanın "Milan" kollektivi heyətini yeni qapıçı ilə gücləndirib.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" A Seriyasının digər təmsilçisi "Fiorentina"dan ayrılan Pyetro Terraççano ilə anlaşıb.


35 yaşlı "əlcək sahibi" ilə 1 illik müqavilə imzalanıb.


Terraççano ötən mövsüm "Fiorentina"nın heyətində bütün yarışlarda 10 matçda meydana çıxıb və qapısından 15 qol buraxıb.