AZ

Ukraynaya qarşı döyüşmüş özbək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Özbəkistanda Ukraynaya qarşı müharibədə Vaqner PMC-nin tərkibində döyüşmüş 59 yaşlı Kaşkadərya vilayəti sakini 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə UzNews xəbər verir.

İş materiallarına görə, 2020-ci ilin fevral ayında adı açıqlanmayan şəxs Moskvaya işləməyə gedib və orada yataqxana qonşusunu öldürməkdə ittiham olunaraq saxlanılıb. 2021-ci ilin avqustunda Rusiya məhkəməsi onu 9 il müddətinə azadlıqdan məhrum edib.

2022-ci ilin sentyabrında o, aylıq 100 min rubl maaş, Rusiya vətəndaşlığı və əfv vəd edən Vaqner PMC-nin nümayəndələri tərəfindən işə götürüldü. Bu qrupun tərkibində Rusiya Federasiyası tərəfində hərbi əməliyyatlarda iştirak edib. Altı aylıq xidmətdən sonra o, əfv olunub.

Maraqlıdır ki, o, 2025-ci ilin mart ayına qədər Moskvada işləyib, sonra Özbəkistana qayıdıb və Dövlət Təhlükəsizlik Xidmətinin regional şöbəsinə təslim olub. Ona qarşı muzdluluq maddəsi ilə cinayət işi açılıb. Məhkəmə onu 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Əziz Mustafa

phrase_var_article.chosen
49
49
oxumeni.az

10phrase_var_article.sources