AZ

Rusiyada general dələduzluğa görə həbs edildi


Rusiya Müdafiə Nazirliyinin generalı Vladimir Şesterov böyük miqdarda mənimsəməyə görə məhkəmə qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, o, Moskva yaxınlığındakı "Patriot" hərbi-vətənpərvərlik parkında dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilinib.

Moskva Qarnizon Hərbi Məhkəməsinin hökmü ilə Şesterov Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi (xüsusilə böyük miqdarda dələduzluq) və 292-ci maddəsinin 2-ci bəndi (vəzifə saxtakarlığı) üzrə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli həbsxanada çəkəcək.

Məlumata görə, general vəzifədə olduğu müddətdə sənədlərdə saxtakarlığa yol verərək dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini mənimsəyib. İstintaq orqanlarının araşdırmasına əsasən, bu əməl dövlətə milyonlarla rubl ziyan vurub.

Qeyd edək ki, "Patriot" parkı Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılıb və burada hərbi texnika sərgiləri, təlimlər və müxtəlif vətənpərvərlik tədbirləri keçirilir.


phrase_var_article.chosen
85
49
nuh.az

10phrase_var_article.sources