AZ

Alkoqolsuz içkilərin istehsalı artıb

Bu ilin yanvar-iyun aylarında ölkədə 25 155,8 min dekalitr (dkl) alkoqolsuz içkilər istehsal olunub ki, bu da 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 5,8 faiz və ya 1 369,8 min dkl çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin may ayı ilə müqayisədə isə iyunda istehsal həcmində 10,7 faiz və ya 569,3 min dkl artım müşahidə olunub. İyun ayında 5 882,0 min dkl alkoqolsuz içkilər istehsal edilib.

İyul ayının 1-nə hazır məhsul ehtiyatı 1 332,3 min dkl təşkil edib.

Seçilən
39
1
vergiler.az

10Mənbələr