Bu ilin yanvar-iyun aylarında ölkənin mədənçıxarma sənayesində 1188,8 ton mis konsentratı hasil edilib ki, bu da 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 11,8 dəfə və ya 1088 ton çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin may ayı ilə müqayisədə isə iyunda hasilatın həcmində 11,7 faiz və ya 28,4 ton artım müşahidə olunub. İyun ayında 271,5 ton mis konsentratı hasil edilib. İyul ayının 1-nə hazır məhsul ehtiyatı 156,5 ton təşkil edib.