AZ

Qubada "Kamaz" və "Jiquli" toqquşub


Bu gün səhər saatlarında Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəhərin Əliqulu Nərimanov və Qələbə küçələrinin kəsişməsində "KamAz" markalı yük avtomobili ilə “VAZ 2109” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər ağır bədən xəsarətləri alıb.

TƏBİB-dən mətbuata verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Mətləb Salahov

Seçilən
6
1
baki-xeber.com

6Mənbələr